METBUAT.AZ

Hadisə

7-ci sinif şagirdi 11-cini bıçaqladı -

15 Oktyabr 2024 14:05

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Metbuat.az xəbər verir ki, hadisə Beyləqan rayonunun mərkəzi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi Hüseynov Haldun həmyerlisi 7-ci sinif şagirdi Qasımlı Hüseyn tərəfindən bıçaqlanıb.

Hadisə dərs vaxtından sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.


metbuat.az.