25 Oktyabr 2024 09:58
Tovuz rayonunda iki qardaş dəm qazından boğularaq ölüb
Metbuat.az Report-a istinadən xəbər verir ki, Tovuz rayonu Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı, 1961-ci il Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar.
Onlar gecə dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.