METBUAT.AZ

Dünya

8 saat uçan sərnişinlər yenidən eyni hava limanına endi

3 Oktyabr 2024 15:43

İranın İsrailə hücumundan sonra bir çox təyyarə reysləri marşrutundan çıxaraq müxtəlif şəhərlərdə məcburi eniş edib.

Metbuat.az xəbər verir ki, Parisdən Mumbaya uçan təyyarədə olan sərnişinlərin 8 saatlıq uçuşdan sonra yenidən Parisə eniş etdiyi məlum olub. Avropa və Şimali Amerikadan Körfəz və Cənubi Asiyaya uçan təyyarələr Türkiyənin cənub-şərqindən keçərək, İran və ya İraq üzərindən davam edir. Lakin İrandan İsrailə atılan raketlərə görə İraq, İran və İordaniya hava məkanı müvəqqəti bağlanıb. “Air France” şirkətinin Parisdən Mumbaya uçan təyyarəsi 8 saatlıq uçuşdan sonra Parisə qayıtmalı olub. Bu uçuş istisna olmaqla, bir çox təyyarə cənub marşrutuna yönləndirilib və Misir vasitəsilə Səudiyyə Ərəbistanının daxili ərazilərinə uçmalı olub.


metbuat.az.