METBUAT.AZ

Maraqlı

80 milyon il əvvələ aid dinozavr yumurtaları aşkar edildi

24 Oktyabr 2024 23:42

Çinin Qançjou şəhərində elm adamları 80 milyon il əvvələ aid dinozavr yumurtalarını aşkar ediblər.

Metbuat.az xəbər verir ki, yumurtalar bütöv və normal vəziyyətdə olub. Bu, indiyə qədər aşkar edilmiş ən kiçik dinozavr yumurtalarıdır. Bildirilir ki, bu kəşf dinozavrların çoxalma vərdişləri ilə bağlı əhəmiyyətli məlumatlar vermə potensialına malikdir. Son Təbaşir dövrünə aid tam qorunmuş altı yumurta dinozavr yuvasında kəşf edilib. Bildirilib ki, yumurtaların kiçik ölçüləri, nizamsız düzülüşləri, bəzəkləri və qabıq qalınlığı onların digər yırtıcı dinozavrlara bənzəmədiyini və elm aləmində yeni bir dinozavr növü kimi qəbul edildiyini göstərir. Alimlər bu araşdırmanın dinozavr biologiyasına və Son Təbaşir dövrünün ekologiyasına işıq salacağını vurğulayırlar.


metbuat.az.