METBUAT.AZ

Hadisə

90 yaşlı piyadanı avtomobil vuraraq öldürdü

10 Oktyabr 2024 10:16

Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik avtomobili 90 yaşlı D.Məmmədovu vurub. Piyada xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.