14 Oktyabr 2024 20:28
ADA Universitetində Azərbaycan Gənclər Fondunun “İdeyanı rellaşdır” Fərdi Qrant layihələrin müsabiqəsinin qalibi, ADA Universitetinin tələbəsi Aytac Adıgözəlovanın layihə rəhbərliyi ilə “Bir Yurdun Manifesti gəncliyin gözü ilə” adlı tədbir və rəsm sərgisi keçirilib.
Metbuat.az xəbər verir ki, tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hisran Hüseynova, Milli Məclisin Gənclər və idman Komitsəsinin sədr müavini Könül Nurullayevaya, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Deputatlar Sevinc Fətəliyevaya, Sevinc Hüseynova, Məlahət İbrahimqızı, Müşfiq Cəfərov, Səbinə Xasayeva, Gülşən Paşayeva, Nigar Məmmədova, Azərbaycan Gənclər Fondunun direktor əvəzi Qədir Xəlilov, ADA Tələbə xidmətləri şöbəsinin meneceri Günel Ələsgərova iştirak ediblər.
Layihənin məqsədi Qərbi Azərbaycanda olan tarixi abidələri, dağıdılmış mədəni irs nümunələrini, deportasiya hadisələrinin əyani təsvirini yaratmaqla Azərbaycan tarixini, qədim yurd yerlərimizi, mədəni-tarixi abidələrimizi gənclər arasında təbliğ etmək, onların məhv edilməsinin, saxtalaşdırılması prosesinin qarşısının alınmasında iştirak etmək, bu barədə gənc tələbə rəssamların rəsm əsərlərindən ibarət sərgi təşkil etmək, həminməlumatları xarici dildə tərcümə edərək nəşr materialları ilə (buklet) habelə media və sosial platformalar vasitəsilə dünya ictimaiyyətinə, əcnəbi tələbələrə, diplomatik nümayəndəliklərə çatdırmaqdır.
Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hisran Hüseynova, Milli Məclisin Gənclər və idman Komitsəsinin sədr müavini Könül Nurullayevaya, Azərbaycan Gənclər Fondunun direktor əvəzi Qədir Xəlilov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, ADA Universitetinin Tələbə xidmətləri şöbəsinin meneceri Günel Ələsgərova, Qərbi Azərbaycan İcmasının üzvü İradə Rzazadə çıxış ediblər. Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.