10 Oktyabr 2024 16:20
Müğənni Vəfa Şərifova həmkarı Afət Fərmanqızını məhkəməyə verib.
Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, bu barədə o, "Rəngarəng" verilişində deyib. Vəfa bu addımı Afətin sosial mediada onun ünvanına səsləndirdiyi fikirlərə görə atdığını söyləyib:
"Bəli, Afəti məhkəməyə vermişəm. Bu mövzu haqqında çox danışmaq istəmirəm. İş məhkəmədədir. Elə mövzular bu verilişdən başlayıb. Ailəmə və mənim şəxsiyyətimə söyüş, təhqir olub. O dövrdə belə məhkəməyə müraciət etmədim. İndi görün hanı həddə gəlmişəm ki, məhkəməyə müraciət etmişəm. Buraya sosial şəbəkələrdəki canlı yayımlar, paylaşımlar, səhifələrdə yayılması, bir sözlə çox şey daxildir".
Vəfa aprıcının Afəti onun oğlunun toyuna çağırdığı halda niyə getməməsini isə instaqramda canlıda ünvanına "Oğlumun toyuna sırtıqlıq edib gelməz yəqin" deməsinin səbəb olduğunu açıqlayıb.
Afət özü də efirə telefonla qoşularaq Vəfanın onu məhkəməyə verməsində heç bir porblem görmədiyini vurğulayıb:
"Lap gözəl. Problem yoxdur. Onun ustadı güclüdür. 60 yaşlı biridir. Mahnını oxudu, sonra sildi. O qadının əli ilə yenidən bu məsələni açdı. Qanun qarşısında boynum qıldan incədir. Artıq hüququşünas olmuşam. Qanuna görə cəzası cərimədir. Əgər təhqir də varsa, sübutu yetirilərsə, problem yoxdur".
Qeyd edək ki, Xalq artisti Flora Kərimova da müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət olunub.
Afət F.Kərimovanı da oğlunun toyuna çağırıb. Sənətçi Afətin dəvətini qəbul etmədiyini açıqlayıb.