METBUAT.AZ

Dünya

Afina Türkiyədən kömək istəməyə məcbur qaldı

24 Oktyabr 2024 22:58

Yunanıstan miqrant qaçaqçılığı ilə mübarizəni gücləndirmək üçün Türkiyədən yardım istəyəcək.

Metbuat.az xəbər verir ki, Yunanıstan hökümətindəki mənbə AFP-yə bildirib ki, Afina Türkiyədən kömək istəyəcək və miqrantları qaçaqmalçılıq yolu ilə daşıyan dəstələrə qarşı daha sərt tədbirlər görülməsini xahiş edəcək.

Rəsmi şəxs bildirib ki, miqrant qaçaqmalçılığı ilə kifayət qədər addım atılmadığına görə bu məsələ Avropalı həmkarlar və Türkiyə ilə müzakirələrdə gündəmə gətiriləcək:

“Türkiyə ilə intensivləşdirməyi planlaşdırdığımız əməkdaşlıq qaçaqmalçılıq şəbəkələri ilə mübarizəyə yönələcək”.

AFP-nin məlumatına görə, Yunanıstanın miqrasiya naziri Nikos Panagiotopoulos noyabr ayında Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya ilə bu məsələni müzakirə edəcək.

Qeyd edək ki, Yunanıstanın rəsmi statistikasına görə, ilin ilk 9 ayında ölkəyə 37 mindən çox qaçqın daxil olub. İlin sonuna qədər bu rəqəmin 50 minə çatacağı gözlənilir.


metbuat.az.