15 Oktyabr 2024 16:39
Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində tikinti işləri bu ilin sonuna qədər başa çatacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktor müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində danışıb.
O bildirib ki, kəndlərə köç bu ilin sonu və yaxud gələn ilin əvvəlinə nəzərdə tutulub.