METBUAT.AZ

Hadisə

Ağır qəzaya düşən qardaşlar komadadırlar

6 Oktyabr 2024 00:35

Hacıqabul rayonunda ağır yol qəzasında xəsarətlər alan iki nəfərin şəxsiyyəti məlum olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində rayonun Muğan kənd sakinləri, 1992-ci il təvəllüdlü Quluzadə İmran Nəbi oğlu və onun qardaşı, 1985-ci il təvəllüdlü Quliyev Anar Nəbi oğlu xəsarətlər alıb.

Xəstəxanaya yerləşdirilən qardaşlar koma vəziyyətindədirlər.


metbuat.az.