22 Oktyabr 2024 15:14
Alimlər yumurta qabığı olmadan cücə böyütməyə nail olublar.
Metbuat.az xəbər verir ki, alimlər bildirib ki, yeni üsul kök hüceyrə tədqiqatlarına və quşların böyüməsinin müşahidəsinə yaxşı təsir edə bilər. Məlumatda qeyd edilir ki, bundan əvvəl toyuq yumurtasının qabığı inkişaf etməkdə olan embrionu izləməyə iumkan vermirdi. Embrionu müşahidə etmək üçün qabığı sındırmaq lazım idi. Alimlər laboratoriya şəraitində şəffaf yumurta qabıqları istehsal etmək üçün dəfələrlə cəhd etsələr də, nəticə verməyib. Şəffaf süni qabda inkubasiya isə effekt verməyib. Bu problemi həll etmək üçün yapon tədqiqatçılar şəffaf plyonkadan hazırlanmış qaba toyuq yumurtaları qoyublar. Beləliklə, onlar yumurta qoyma prosesindən cücənin yumurtadan çıxmasına qədər olan inkişaf mərhələlərini izləyə biliblər.