7 Oktyabr 2024 22:07
Almaniya hökuməti Türkiyəyə silah ixracatını əhəmiyyətli dərəcədə məhdudlaşdıran qadağanı ləğv edib.
Metbuat.az xəbər verir ki, “Spiegel” belə məlumat dərc edib. İddia edilib ki, Almaniya hökuməti son illərdə ilk dəfə Türkiyəyə geniş miqyaslı silah ixracına icazə verib. “Spiegel”in yazdığına görə, iclasları ictimaiyyətə qapalı olan Federal Təhlükəsizlik Şurası iclasında NATO müttəfiqi Türkiyəyə bir neçə yüz milyon avro dəyərində silah ixracına razılıq verib. Bildirilib ki, ixracına icazə verilən hərbi avadanlıqlar arasında 100 ədəd hava hücumundan müdafiə raketindən əlavə, Türkiyə Hərbi Dəniz Qüvvələri üçün torpedalar və Türkiyə sualtı qayıqları və freqatlarının modernləşdirilməsi üçün iri material paketləri var.