METBUAT.AZ

İdman

Ançelotti "El-Klassiko"dan danışdı

26 Oktyabr 2024 00:24

"Real"in baş məşqçisi Karlo Ançelotti La Liqanın 11-ci turunda "Barselona"ya qarşı keçirəcəkləri matç haqqında danışıb.

Metbuat.az xəbər verir ki, o, görüşün gərgin keçəcəyini deyib:

"Motivasiya son hədddədir. "El-Klassiko"lar rəqabətli və gərgin keçir. Lakin bu matçlar həm də əyləncəlidir. Azarkeşlərimiz qarşısında yaxşı çıxış etmək istəyirik. "Barselona" çox cəsur, yaxşı futbol oynayan komandadır. Biz matça yaxşı hazırlaşmalı və mümkün qədər üstün çıxış etməyə çalışmalıyıq”.


metbuat.az.