METBUAT.AZ

İdman

Arda ikinci oldu, mükafatı Yamal aldı -

29 Oktyabr 2024 11:49

Türkiyə milli komandasının və "Real Madrid" ulduz futbolçusu Arda Güler “Qızıl top” mərasimində ilin ən yaxşı gənc futbolçuları arasında yer alıb.

Metbuat.az xəbər verir ki, "France Football" nəşrinin təsis etdiyi mükafata "Barselona"nın hücumçusu Lamine Yamal layiq görülüb.

Arda Güler isə ilin ən yaxşı ikinci gənc futbolçusu olub.

Qeyd edək ki, "Barselona" klubunun gənc ulduzu Lamine Yamal keçən yay İspaniya milli komandası ilə birlikdə "EURO 2024"də çempion olub. Bu mövsüm "Barselona" forması ilə çıxdığı 14 oyunda 6 qol və 7 məhsuldar ötürməyə imza ataraq yaxşı performans sərgiləyib. Yamalın bu uğurları ona "Ballon d'Or Kopa Trophy" mükafatında ilin ən yaxşı gənc futbolçusu adını qazandırıb.


metbuat.az.