METBUAT.AZ

Texnologiya

Artıq bloka atmaq da işə "yaramayacaq" -

17 Oktyabr 2024 21:05

Sosial media platforması X-də istifadəçilərin bloklanması funksiyasında dəyişiklik ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə X-in rəsmi hesabında açıqlama verilib. Dəyişikliyə əsasən, profili məxfi olmayan istifadəçi tərəfindən bloklanan şəxslər həmin istifadəçinin yazılarını görəcək, lakin paylaşımları bəyənmək və ya şərh yazmaq kimi qarşılıqlı əlaqədə ola bilməyəcək. Bunun platformada şəffaflığı artıracağı bildirilib. Yazılarını kimin görə biləcəyindən narahat olan istifadəçilərə isə hesablarını “gizlətmək” tövsiyə olunub.

Qeyd edək ki, 2022-ci ildə platformanı alan amerikalı milyarder İlon Mask bloklama xüsusiyyətini tənqid etmişdi.


metbuat.az.