METBUAT.AZ

İdman

Avropa nəhəngi "Real"a rəqib oldu -

18 Oktyabr 2024 12:43

"Bavariya"nın ulduz müdafiəçisi Alfonso Daviesin transferi ilə bağlı yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, "Mançester Yunayted" müdafiəsini Alphonso Davies ilə gücləndirmək istəyir. “Sky Sport Germany” nəşrinin məlumatına görə, Alfonso Davies "Bavariya"nı tərk edərək Premyer Liqaya keçə bilər. Məlumata görə, futbolçu ilə “Real Madrid” klubu da maraqlanır. “Real” müdafiədəki zədələrdən sonra heyətini gücləndirmək istəyir. Bildirilir ki, “Real” futbolçunu azad agent kimi heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Alfonso Davisin "Bavariya" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. futbolçu bu mövsüm 8 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.


metbuat.az.