METBUAT.AZ

İdman

Ayrılmaq istədiyini rəhbərliyə bildirdi -

4 Oktyabr 2024 10:52

"Fənərbaxça"nın ulduz futbolçusu Fred İngiltərəyə transfer ola bilər.

Metbuat.az xəbər verir ki, "Arsenal"ın braziliyalı ulduz futbolçu ilə maraqlandığı deyilir. Ərəb klublarının da diqqətində olan Fredin “Fənərbaxça”dan ayrılmaq istədiyi deyilir. Baş məşqçi Artetanın komandasında görmək istədiyi Fred üçün "Arsenal"ın 40 milyon avro ödəməyə hazır olduğu iddia edilib. Ulduz yarımmüdafiəçinin yenidən Premyer Liqada oynamaq istəyini rəhbərliyə bildirdiyi və ayrılmaq üçün icazə istədiyi irəli sürülüb.

Qeyd edək ki, Fred bu mövsüm “Fənərbaxça”nın heyətində 8 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.


metbuat.az.