METBUAT.AZ

İdman

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazandı

23 Oktyabr 2024 21:02

Azərbaycanın yunan-Roma güləşçisi Rəşad Məmmədov Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının gümüş medalını qazanıb.

Metbuat.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda iranlı Ahmad Vafa ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan R.Məmmədov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl Nihad Quluzadə (60 kq) bürünc medala sahib çıxmışdı.


metbuat.az.