METBUAT.AZ

İdman

Azərbaycan kubokunda yeni mövsümə start verilir

12 Oktyabr 2024 10:00

Bu gün Azərbaycan kubokunun 2024/25 mövsümünə start veriləcək.

Metbuat.az xəbər verir ki, təsnifat mərhələsinin iki qarşılaşması keçiriləcək. İlk oyun Şamaxıda "Şahdağ Qusar" və "Kür-Araz" komandaları arasında olacaq. Günün ikinci qarşılaşması isə Bakıda "Şəfa" və "Saatlı-Araz" komandaları arasında baş tutacaq.

Məlumata görə, ilk təsnifat mərhələsi oktyabrın 14-də yekunlaşacaq.

Azərbaycan kuboku

I təsnifat mərhələsi

12 oktyabr

14:00: “Şahdağ Qusar” – “Kür-Araz”

Baş hakim: İslam Məmmədov

Şamaxı OİK stadionu

16:30: “Şəfa” – “Saatlı-Araz”

Baş hakim: Rövşən Rəcəbov

“ASK Arena”


metbuat.az.