31 Oktyabr 2024 00:30
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində ilk oyununu keçirib.
Metbuat.az xəbər verir ki, B liqasının V qrupunda yer alan U-17 Lüksemburqda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunan görüş Serbiyanın 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla serblər A liqasına vəsiqə əldə ediblər.
Azərbaycan millisi qrupda növbəti matçını noyabrın 2-də Lüksemburqa qarşı keçirəcək.