10 Oktyabr 2024 00:18
Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.
Metbuat.az xəbər verir ki, 1/4 finalda İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 3:0 hesabı ilə qalib gəlib.
Yığmamızın yarımfinal görüşü sabah baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində keçirdiyi oyunlarda Serbiyaya 1:5, Çexiyaya 0:2 hesabı ilə uduzub, Hindistan yığmasından isə üstün olub - 16:0.