METBUAT.AZ

İdman

Azərbaycan millisinin heyətində dəyişiklik edildi -

7 Oktyabr 2024 04:01

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

AFFA-dan Metbuat.az-a verilən məlumata görə, "Sabah"ın futbolçusu Elvin Camalov zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev milliyə dəvət alıb.

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.


metbuat.az.