METBUAT.AZ

Media

Azərbaycan rəhbərliyi adından yayılan bu məlumat saxtadır -

7 Oktyabr 2024 16:11

“X” sosial şəbəkəsində “@Dr.EliDavid” adlı hesab vasitəsilə Azərbaycan Respublikasının Rəhbərliyi adından saxta məlumat yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

"Bununla əlaqədar olaraq, adıçəkilən sosial şəbəkə platformasına məlumatın saxta olduğu bildirilib və paylaşımın “X” sosial şəbəkə platforması tərəfindən operativ qaydada silinməsi təmin olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçirilən bütün tədbir və görüşlərdəki çıxışlarının, səsləndirdiyi fikirlərin mətni Prezidentin rəsmi veb-saytı və sosial şəbəkə hesabları, həmçinin informasiya agentlikləri vasitəsilə yayımlanır", - deyə Agentliyin məlumatına bildirilib.


metbuat.az.