14 Oktyabr 2024 09:40
Bu gün UEFA Millətlər Liqasında Azərbaycan millisi növbəti matçına çıxacaq.
Metbuat.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda Bakıda Slovakiya ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
14 oktyabr
UEFA Millətlər Liqası 4-cü tur, C Liqası, I Qrup
20:00. Azərbaycan - Slovakiya
Baş hakim: Rosit Saqqi (Norveç)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, komandalar arasında sentyabrda Slovakiyada keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.