METBUAT.AZ

Hadisə

Azərbaycanda evə ildırım düşdü -

2 Oktyabr 2024 15:27

Bərdədə yaşayış evinə ildırım düşüb.

Metbuat.az Azərtac-a istinadən xəbər verir ki, təbiət hadisəsi rayonun Darğalar kəndində qeydə alınıb. Vəliyevlər ailəsinin yaşadığı beşotaqlı evə düşən ildırım nəticəsində mənzilə ciddi ziyan dəyib.

Evdə elektrik sistemi və elektron məişət avadanlıqları sıradan çıxıb.


metbuat.az.