METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 24 % artdı

31 Oktyabr 2024 19:05

Bu ilin yanvar-sentyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 1 milyard 987 milyon manatlıq əməliyyat aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr buraxılışında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % çoxdur.

Təkcə sentyabrda isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 265,2 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 42,4 % çoxdur.


metbuat.az.