20 Oktyabr 2024 18:11
Samux rayonunda zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tətqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar saat 14:00-da, Gəncə stansiyasından 34 km şimal-şərqdə, 3 manqitudada qeydə alınıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib, təbii hadisə hiss olunmayıb.