METBUAT.AZ

İdman

Azərbaycanın 8 boksçusu Gimnaziadada finalda

28 Oktyabr 2024 14:45

Azərbaycanın 8 boksçusu Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında finala yüksəlib.

Metbuat.az xəbər verir ki, oğlanların mübarizəsində Əli Əliyev (46 kiloqram), Nihad Qasımov, Şahin Mustafayev (hər ikisi 50 kiloqram), Zakir Həsənzadə (52 kiloqram), Sübhan Babayev (54 kiloqram), Şahin Aslanov (60 kiloqram) və Haqverdi Həsənov (63 kiloqram), qızlar arasında isə Aysu Mikayılova (52 kiloqram) yarımfinalda öz rəqiblərinə qalib gəliblər.

Qızıl medal uğrunda qarşılaşmalar oktyabrın 29-da keçiriləcək.

Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.


metbuat.az.