METBUAT.AZ

Ölkə

"Azəriqaz" sakinlərə xəbərdarlıq etdi

8 Oktyabr 2024 22:03

Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə Metbuat.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması məqsədilə 09.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binə Sovxoz yaşayış ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


metbuat.az.