METBUAT.AZ

İdman

"Azəryol" ilk oyunda uduzdu

5 Oktyabr 2024 20:27

Qadın həndbolçulardan ibarət “Azəryol" komandası Avropa Kubokunda ilk oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, təmsilçimiz Ukraynanın "Qaliçanka" klubu ilə qarşılaşıb. Bakıda “AHF Arena” İdman Kompleksində keçirilən matç rəqibin 36:22 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab matçı 1 gün sonra eyni məkanda baş tutacaq.


metbuat.az.