METBUAT.AZ

Ölkə

Bakı-Sumqayıt yolundakı tıxacla bağlı

19 Oktyabr 2024 20:41

"Bütün 525 nömrəli avtobus tipli köhnə ictimai nəqliyyat vasitələrinin dəyişdirilməsi nəzərdə tutulur".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdir müavini Tərlan Səfərov Trend-in sualına cavab olaraq deyib.

O bildirib ki, hazırda bütün diqqət Sumqayıt-Bakı yolunun üzərində işləyən avtobuslara yönəlib.

"Çünki biz fikirləşirik ki, Sumqayıt-Bakı istiqamətində 20 Yanvar tıxacının həlli ictimai nəqliyyatın inkişafından keçir.

Ona görə də bu xətt üzrə avtobusların həm artırılması, həm də müasirləşdirilməsi plandadır".


metbuat.az.