METBUAT.AZ

Hadisə

Bakıda 2 nəfər qatarın altında qalıb öldü

30 Oktyabr 2024 10:11

Oktyabrın 29-da saat 22:15-də "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfər şəxs qəfil qatarın qarşısına çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Stansiya əməkdaşları hadisə yerinə dərhal təcili yardım briqadası çağırsa da, hər iki şəxs aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

"ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən istifadə etməklə keçməyi, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, o cümlədən mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi ciddi tövsiyə edir. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur", - deyə ADY bəyan edib.


metbuat.az.