METBUAT.AZ

Hadisə

Bakıda avtomobil qadını vuraraq öldürdü

17 Oktyabr 2024 12:48

Bakı şəhəri, Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Səxavət Məmmədzadə idarə etdiyi avtomobillə yolu keçən Məxmirə Rüstəmovanı vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.


metbuat.az.