METBUAT.AZ

Hadisə

Bakıda iki avtomobil toqquşdu -

17 Oktyabr 2024 09:31

Bakının Nəsimi rayonunda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Süleymanzadə Erkin Akif oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.