METBUAT.AZ

Ölkə

Bakıda leysan xəbərdarlığı

2 Oktyabr 2024 09:27

Bakı və Abşeron yarımadasında oktyabrın 2-si səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.


metbuat.az.