METBUAT.AZ

Hadisə

Bakıda qazanxanada partlayış oldu -

7 Oktyabr 2024 14:35

Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış nəticəsində bir nəfər müxtəlifdərəcəli bədən xəsarətləri alıb.

FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


metbuat.az.