METBUAT.AZ

Ölkə

Bakıda sürüşmə oldu

17 Oktyabr 2024 13:58

Xətai rayonu ərazisində sürüşmə baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib. Bildirilib ki, hadisə ilə bağlı Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerindədir.

Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

O qeyd edib ki, ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək.


metbuat.az.