METBUAT.AZ

Gündəm

Bakıda tuneldə boğulanlar çörək paylayırmış -

22 Oktyabr 2024 16:54

Paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində tunelə su dolması nəticəsində boğularaq ölən iki nəfər “Bakıxanov Çörək Zavodu”nun işçiləri olublar.

Metbuat.az tribunainfo.az-a istinadən xəbər verir ki, zavodun işçiləri sübh 5-də çörək paylamaq üçün çıxıblar. Güman edilir ki, qaranlıq və yağış olduğu üçün tunelə suyun dolduğunu görməyiblər.

Qeyd edək ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digərinin axtarışı davam edir.


metbuat.az.