METBUAT.AZ

Hadisə

Bakıda yük maşını iki bacını vurdu, biri öldü

4 Oktyabr 2024 09:36

Bakıda yük avtomobili iki bacını vurub.

Metbuat.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Məlumata görə, Aqil Səmədov idarə etdiyi "Mercedes Benz Axor" markalı qoşqulu yük avtomobili ilə Cəmilə Eyvazova və bacısı Elmira Eyvazovanı vurub. Hadisə nəticəsində Cəmilə Eyvazova aldığı ağır xəsarətlərdən həyatını itirib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


metbuat.az.