METBUAT.AZ

İdman

“Barselona” 60 milyonluq futbolçu alır -

20 Oktyabr 2024 11:04

"Barselona" yeni vinger transferi ilə heyətini gücləndirmək niyyətindədir.

Metbuat.az xəbər verir ki, İspaniya klubu "Vilyarreal"ın 23 yaşlı futbolçusu Aleks Baenanı heyətinə qatmaq istəyir. Baena, həmçinin "Atletiko"nun da maraq dairəsindədir. Lakin onun müqaviləsindəki 60 milyon avroluq sərbəstqalma məbləği həm "Barselona", həm də "Atletiko" üçün maliyyə çətinliyi yaradır.

Qeyd edək ki, Baena cari mövsümdə 8 oyunda 1 qol vurub, 5 asist edib.


metbuat.az.