METBUAT.AZ

İdman

Belçika İtaliyanın biləyini bükə bilmədi, Fransadan qol şousu

11 Oktyabr 2024 01:04

UEFA Millətlər Liqasının üçüncü turunda İtaliya və Belçika milliləri arasındakı qarşılaşma dramatik anlara səhnə olub.

Metbuat.az xəbər verir ki, Romada "Stadio Olimpico" stadionunda keçirilən oyunda 4 qol vurulub. Meydan sahibləri 2 top fərqi ilə üstün olarkən qırmızı vərəqə alıblar. Pelleqrini 40-cı dəqiqədə meydandan qovulub. Bundan sonra qonaqlar iki dəfə fərqlənərək hesabı bərabərləşdiriblər. Qrupun digər oyununda İsrail Fransaya 1-4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, 3 turdan sonra İtaliya 7 xalla qrup lideridir. Fransa 6 xal toplayıb. 4 xal toplayan Belçika üçüncü, sıfır xalı olan İsrail 4-cü yerdə qərarlaşıb.


metbuat.az.