METBUAT.AZ

Dünya

​BRİKS ölkələrinin liderləri Kazanda bir araya gəldilər

22 Oktyabr 2024 12:39

BRİKS ölkələrinin liderləri Tatarıstan Respublikasının paytaxtı Kazanda bir araya gəliblər.

Metbuat.az xəbər verir ki, iclasın əsas gündəmi ittifaqın genişlənməsi və dollarlaşmanın azalması ilə bağlıdır. Məlumata görə, Rusiyanın sədrliyi ilə keçirilən BRİKS Liderlər Sammitində 30-dan çox ölkə təmsil olunur.Sammitin ilk günündə BRİKS ölkələrinin liderləri və yüksək vəzifəli şəxslərinin görüşləri planlaşdırılır. Sammitin ikinci və üçüncü günündə qonaq ölkələrin rəsmiləri iştirak edəcək. BRİKS-in genişləndirilmiş formasında ilk dəfə keçirilən builki sammit, Qərb ölkələrinin Rusiyanı təcrid etmək cəhdlərinin davam etdiyi bir vaxtda xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərinin iştirakından sonra BRİKS bu il üzvlərinin sayını 9-a yüksəldib.


metbuat.az.