30 Oktyabr 2024 10:17
Noyabr ayında Azərbaycanda ardıcıl altı qeyri-iş günü olacaq.
Metbuat.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, 12 və 13 noyabr iş günləri 16 və 23 noyabr istirahət günləri ilə dəyişdirilib. Noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günüdür, hər ikisi rəsmi bayram olaraq qeyri-iş günləridir. Bu il 9 noyabr şənbə gününə düşdüyündən, qanunvericiliyə əsasən 11 noyabr bazar ertəsi qeyri-iş günü kimi müəyyən edilib.
Beləliklə, 8, 9, 10 (bazar günü), 11, 12 və 13 noyabr ardıcıl qeyri-iş günləri olacaq.
Bundan əlavə, noyabrın 2-3, 16-17, 23-24 və 30-u da şənbə-bazar günlərinə təsadüf edir.
Nazirlər Kabinetinin qərarı ilə orta məktəblərdə də payız tətilinin vaxtı dəyişdirilib. 2024-cü il üzrə tətil 8 noyabrda başlayıb 25 noyabradək, yəni 17 gün davam edəcək.