3 Oktyabr 2024 09:48
“Kayserispor”un baş məşqçi postundan istefa verən Burak Yılmaz üçün yeni iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, Burak Yılmazın “Trabzonspor”a qayıdacağı irəli sürülür. Türkiyə mediasının məlumatına görə, Burak Yılmaz baş məşqi Şenol Günəşin heyətində yer alacaq. Məlumata görə, Şenol Günəş Burak Yılmazın heyətə cəlb edilməsinə razılıq verib. Bildirilir ki, istədiyi oyunu nümayiş etdirə bilməyən “Trabzonspor”un azarkeşləri Burak Yılmazın geri qayıtmasını istəyir. Burakın ambisiyasının və əzminin kluba dinamizm gətirəcəyi deyilir.
Qeyd edək ki, Şenol Günəş texniki heyətini hələ tam formalaşdırmayıb.