METBUAT.AZ

İdman

"Bütün arzularımı reallaşdırdım" -

18 Oktyabr 2024 03:08

Argentina millisinin və "İnter Mayami"nin futbolçusu Lionel Messi karyerası ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.

Metbuat.az xəbər verir ki, o, bütün arzularını reallaşdırdığını deyib:

“Mən bütün arzularımı həyata keçirə bildim və uşaqlıqda arzuladığımdan daha çox şeyə nail oldum. Bunu mənə Tanrı verdi. Bir futbolçunun ən böyük arzusunu - dünya çempionu olmağı bacardım".

Qeyd edək ki, Messi Argentina millisi ilə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub. Forvard həmçinin 8 dəfə "Qızıl top"a layiq görülüb.


metbuat.az.