METBUAT.AZ

Hadisə

Cəbrayılda vəzifəli şəxs

18 Oktyabr 2024 11:45

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin sükanı arxasında olduğu “Ford” markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalovun idarə etdiyi “Niva”ya çırpılıb. Nəticədə Ə. Zeynalov hadisə yerində ölüb, “Ford” un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı ölən Ədalət Zeynalov “Azərişıq” ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.


metbuat.az.