METBUAT.AZ

İdman

"Çelsi"dən sürpriz təklif-

24 Oktyabr 2024 22:10

İngiltərənin "Çelsi" klubu "Xetafe" forması geyinən Christantus Uche-ni transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, İngiltərə klubu 21 yaşlı nigeriyalı futbolçunun transferi üçün "Xetafe" ilə danışıqlara başlayıb.

"Relevo"da yer alan məlumata görə, Uche əsasən on nömrə mövqeyində çıxış etsə də, hücumçu və yarımmüdafiəçi mövqelərində də oynaya bilir.

Hazırda bazar dəyəri 5 milyon avro olan nigeriyalı futbolçunun "Xetafe" ilə müqaviləsi 2028-ci ilə qədər davam edir.


metbuat.az.