METBUAT.AZ

İdman

Çempionlar Liqası oyunu öncəsi Arda ilə bağlı sürpriz qərar

1 Oktyabr 2024 23:45

UEFA Çempionlar Liqasının ikinci oyununda "Real Madrid" "Lill"ə qonaq olacaq.

Metbuat.az xəbər verir ki, “Atletiko Madrid”lə oyunda yer almayan Arda Gülerin start heyətdə olacağı iddia edilir. UEFA-nın saytındakı məlumatda Arda Güler mümkün 11-likdə yer alıb. "Real Madrid"də zədəli olan Tibo Kurtua və Kilian Mbappe "Lill"ə oyunda oynamayacaq. UEFA-nın məlumatına görə, “Real Madrid”in “Lill” oyunda mümkün 11-liyi belədir:

Andriy Lunin, Lukas Vaskes, Rüdiger, Eder Militao, Ferland Mendi, Federico Valverde, Aurelein Tşouameni, Eduardo Kamavinga, Arda Güler, Rodriqo, Vinisius Junior


metbuat.az.