METBUAT.AZ

Dünya

Cənubi Koreya Şimalı birləşməyə çağırdı

9 Oktyabr 2024 20:42

Vahid və nüvəsiz Koreya yarımadası Hind-Sakit okean regionunda sülh və sabitliyə töhfə verəcək.

Metbuat.az xəbər verir ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol belə deyib. Yoon Sinqapura səfəri zamanı təşkil edilən konfransdakı çıxışında Şimali Koreya ilə Cənubu birləşdirməyi hədəfləyən “Vahid Koreya” vizyonu ilə bağlı açıqlamalar verib. O bildirib ki, sabitlik yeni iqtisadi imkanlara yol açacaq. Prezidentin sözlərinə görə, Şimali Koreyanın nüvə təhdidlərinin aradan qaldırılması regionda sülh və etimadın yaradılması səylərini xeyli artıracaq.

Yoon həmçinin qeyd edib ki, bu birləşmə yoxsulluq və zülmdən əziyyət çəkən 26 milyonluq Şimali Koreya xalqının rifahını da artıracaq.


metbuat.az.