METBUAT.AZ

Ölkə

CES şirkəti vakansiya elan etdi

8 Oktyabr 2024 20:57

"Caspian Engineering Solutions" (CES) şirkəti vakansiya elan edib.

Metbuat.az xəbər verir ki, işə qəbul olmaq istəyən şəxslər həftə içi saat 09:00-17:00, şənbə günü isə 10:00-13:00 aralığında CV, sertifikatlar və şəxsiyyət vəsiqəsi ilə şirkətin ofisinə yaxınlaşmalıdırlar.

Aşağıda qeyd olunan pozisiyalar üzrə müraciət etmək olar. Məlumat üçün bildirilib ki, vakansiyalar layihə əsaslıdır.

Vakansiyalar:

- Qaynaqçı (arqon+elektrod)

- Qaynaqçı köməkçisi

- Quraşdırıcı (boru və metal konstruksiya üzrə)

Ünvan: Badamdar, 2-ci massiv, köhnə Finlandiya məktəbi

Əlaqə: 055 255 83 52

Qeyd edək ki, "Caspian Engineering Solutions" şirkəti 2017-ci ildə fəaliyyətə başlayıb. Şirkətin fəaliyyət sahəsinə təmir-tikinti, servis xidməti, təmirə dayanma üzrə fəaliyyətlər, quraşdırma, layihə planlaması, tikinti məsləhəti, xərclərə nəzarət və layihənin idarə edilməsi, boru kəmərinin inspeksiyası, katalizator xidmətləri, sənaye təmizliyi, kimyəvi təmizləmə, çənlərin təmizlənməsi, idarə olunan təzyiqli qazma və s. kimi xidmətlər daxildir. CES şirkəti laboratoriya və sınaq, keyfiyyətə zəmanət və keyfiyyətə nəzarət, üçüncü tərəf yoxlaması, layihələrin idarə olunması və bir çox başqa xidmətlər də təqdim edir. Şirkətin laboratoriyalarında 500-dən çox müxtəlif mühəndislik tədqiqatı fəaliyyəti həyata keçirə bilər. CES-in əsas prioriteti təqdim edilən xidmətlərin ən qabaqcıl texnologiyalarla təchiz olunması və yüksək səviyyədə olmasıdır.


metbuat.az.